Rusiyanın Mi-8 helikopteri Belqorod vilayətində qəza enişi edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, vertolyot martın 21-də səhər saatlarında Rovenki kəndi yaxınlığında sərt eniş edib. Helikopterdə dörd nəfər olub. Zərərçəkənlərdən biri xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, sərt enişin səbəbi pilotun səhvi olub.

Ağarza Elçinoğlu