“METAK” MMC gömrük qaydalarını pozduğu üçün Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə verilib.

“Unikal”ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində “METAK” MMC barəsində Inzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə məhkəmə prosesi keçiriləcək.

Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçiriləcək proses mart ayının 27-nə təyin olunub. 

Azər İsrafilov