Samux rayonunda yeni yol polisi rəisi təyinatı olub.

"Unikal"ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Azər Mehdiyev Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin edilib. O, bu təyinata qədər sözügedən bölmənin əməkdaşı olub.

Qeyd edək ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əvvəlki rəisi Samir Quliyev sərancama götürülüb.

Tural Əhmədov