Monqolustanda son 50 ilin ən şiddətli şaxtası səbəbindən 4,7 milyondan çox heyvan tələf olub.

"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası məlumat yayıb. 

Məlumata görə, minlərlə yerli sakinin ərzaq təminatı zud (kritik aşağı temperatur və güclü qar örtüyü şəraitində mal-qaranın qidalana bilməyəcəyi təbii hadisə) səbəbindən təhlükə altında qalıb.

Monqolustanda qışda bəzi rayonlarda havanın temperaturu -40°-yə enib. Qar yağışı 49 il ərzində rekord göstərici olub və Monqolustanın ərazisinin 90%-ni əhatə edib. 

Ağarza Elçinoğlu