Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza zamanı üç nəfər yüngül xəsarət alıb.

Onlar 22 yaşlı Hüseyn Hacıyev, 22 yaşlı Kənan Hüseynov və 21 yaşlı Mərahim Səfərovdur.

Faktla bağlı araşdırma aparılır.