Goranboyda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə  olan "Mercedes" markalı minik maşını "Fort Tranzit" markalı yük maşını ilə toqquşub. Qəza zamanı minik maşının sürücüsü xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb havanın yağışlı olması olub. Hadisə yerinə  DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov