Martın 19-u səhər saatlarında Şabrandan Bakıya gedən sərnişin avtobusu qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, “Hyundai” markalı mikroavtobus Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yoldan çıxaraq aşıb. İlkin məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

*** 18:33

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, “Hyundai” markalı avtobus aşıb.

Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. 

Ölən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.