Goranboyda qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını divara çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin 1987 -ci il təvəllüdlü Natiq Abdıyev hadisə yerində ölüb. Sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov