"İlk hissədə rəqib müdafiədə bizə təzyiq göstərdi. İkinci hissədə fərqli oyun nümayiş etdirdik".

"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdulla Zubir UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında səfərdə Almaniya "Bayer"inə 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.

O, bu matçda etdikləri səhvlərdən nəticə çıxaracaqlarını bildirib: "Bayer" çox güclü komandadır. Təəssüf ki, alınmadı. Hazırda "Qarabağ"la müqaviləm var. Hədəfimiz ölkə çempionu olmaq və növbəti il Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır".

Qeyd edək ki, "Qarabağ" ümumi hesabda "Bayer"ə 5:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.