Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Mlan "İnter"ini oyunsonrası penaltilərlə (2:1, penaltilərlə 3:2) üstələyən "Atletiko Madrid" tarixi nəticəyə imza atıb.

"Unikal" xəbər verir ki, İspaniya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində 3 dəfə oyunsonrası penaltilərlə mərhələ adlayan ilk komanda olub.

Maraqlıdır ki, bu oyunların hamısında "Atletiko"nun qapısını Yan Oblak qoruyub.

Xatırladaq ki, tərəflərin ilk görüşü "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.