Ələt-Astara magistralının 123 kilometrliyində, Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində saat 15:30 radələrində yol qəzası qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən "Unikal"a verilən məlumata görə, 99 XV 217 dövlət qeydiyyat nömrə nişanlı "Hyundai Getz" minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə nasaz vəziyyətdə dayanan Lənkəran rayon sakini 1957-ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus "Mercedes" markalı 99 CE 542 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində "Mercedes" avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

*** 18:23

Cəlilabad rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.

"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.