Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Totanlı küçəsində baş verib. Hərəkətdə olan "VAZ-2107" ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Qəza zamanı ata və oğul xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Tural Əhmədov