"Yurqorden"in futbolçusu Musa Qurbanlı Azərbaycan millisinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə İsveç klubunun saytı məlumat yayıb. Onun “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də Bakıda Monqolustana, martın 25-də isə Bolqarıstana qarşı matçlar milliyə dəvət olunduğu vurğulanıb.

Qeyd edək ki, M.Qurbanlı ötən ilin iyulundan "Yurqorden"də oynayır.