Martın 11-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib.

"Unikal" xəbər verir ki, ziyafətdə Azərbaycanın və Qazaxıstanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

*** 19:19

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilir.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.