Xəbər verildiyi kimi, ermənilər martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Unikal"a bildirilib ki, bu gün – martın 5-də tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb. Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir.

Qeyd edək ki, Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər.

Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimat mərasiminin istənilən səviyyədə baş tutmaması Azərbaycan diasporunun fəallığının nəticəsidir.