Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 5-də Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.

Bu barədə "Unikal"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək.