Gəncədə ana və oğlu dəm qazından zəhərlənib, ana ölüb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində baş verib.

Belə ki, həmin ünvanda  yaşayan ana və oğlu dəm qazından zəhərlənib. Ana dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Tural Əhmədov