Ağdaşda minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, Yuxarı Ləki qəsəbəsi ərazisində "VAZ-2107" markalı avtomobilin vurduğu  piyada 1989-cu il təvəllüdlü rayon sakini Xəlilov Fərid Elburus oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Belə ki, müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov