Gəncədə 64 yaşlı kişi xəstəxanada özünü asaraq intihar edib.

"Unikal"ın məlumatına görə, hadisə Gəncə Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına Xəstəxanasının Nevrologiya -Terapiya şöbəsində qeydə alınıb. Gədəbəy rayon sakini olan 1960-cı il təvəllüdlü Müzahir Mahmudov Nevrologiya -Terapiya şöbəsində özünü elektrik kabeli  ilə özünü asıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Onun bir müddətdir ki, xəstəlikdən əziyyət çəkdiyi güman olunur. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Tural Əhmədov