Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

"Unikal" xəbər verir ki, adıçəkilən hərbçimiz bu gün səhər 5:15-də bilmədən Ermənistan tərəfinə keçib. 

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin Teg kəndi istiqamətndə saxlanılması barədə məlumatı təsdiqləyib.

Hərbçimizə qarşı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb. 

Ağarza Elçinoğlu