Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

"Unikal" xəbər verir ki, Şimali Kipr Prezidenti 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımından 32 il keçməsinə baxmayaraq, bu hadisənin heç vaxt unudulmayacağını və türklərin birlikdə olduğunu dünyaya göstərmək üçün birgə səylər göstərildiyini qeyd edib.

Prezident E.Tatar, eyni zamanda, diqqətə çatdırıb ki, insanlıq və dünya tarixinə qara ləkə kimi düşən Xocalı qətliamında qocalar, qadınlar və uşaqlar da daxil olmaqla, 613 azərbaycanlı erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülüb, yüzlərlə insan itkin düşüb və minlərlə sakin əsir götürülüb.

Bununla yanaşı, Xocalı soyqırımında şəhid olan insanları hörmətlə andığını diqqətə çatdıran Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar haqsızlıqların Türk dünyasının və Türkiyənin də dəstəyi ilə dünyaya çatdırılacağını bildirib.