Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələlik müzakirə etməyiblər. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-birinə aşağıdakı magistral qaz kəmərləri vasitəsilə birləşdirilib:

Qazax-İrəvan - diametri 1000 mm, 6 kilometr bərpa edilməlidir.

Şərur-İrəvan, diametri 700 mm, 22 kilometri bərpa etmək lazımdır.

Diametri 700 mm olan Gorus-Naxçıvan, 16,5 kilometr bərpa olunmalıdır.

"Sizə bildiririk ki, bununla bağlı Azərbaycan tərəfi ilə heç bir müzakirə aparılmayıb. Lakin bərpa işlərinin dəyərinin hesablanması məsələsi müzakirəyə çıxarılıb", - deyə  bildirilib.

2023-cü ilin oktyabrında Ermənistanın energetika və mineral sərvətlər nazirinin müavini Akop Vardanyan bəyan edib ki, siyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan gələn qaz kəmərlərini bərpa etməyə hazırdır.

Ağarza Elçinoğlu