16 Sentyabr 2019
Səfər Əbiyevin istefası tələb olunur
Səfər Əbiyevin istefası tələb olunur İQTİSADİYYAT 04:01 2012-04-11

Səfər Əbiyevin istefası tələb olunur
Səfər Əbiyevin istefası tələb olunur

Facebookda müdafiə nazirinə qarşı kampaniya başladı

Son dövrlər orduda baş verən neqativ hallar onlarla əsgərin ölümünə səbəb olub. Təkcə bu ilin ilk 3 ayı ərzində şəhid olmuş əsgərlərimizin sayı 40-a çatıb. Vəziyyətin bu şəkil almasına rəğmən, müdafiə naziri Səfər Əbiyevin istefaya göndərilməməsi bir çoxlarında hiddət yaradıb. Elə buna görədir ki, vaxtaşırı onunla bağlı kampaniyalar təşkil olunur və istefası istənilir.

Dünəndən etibarən isə sosial şəbəkələrdə müdafiə naziri Səfər Əbiyevin istefası tələbi ilə yeni kampaniyaya start verilib. Həmin məlumatda göstərilir ki, sözügedən nazir orduda quruculuq işləri aparmadığı, korrupsiyaya yol verdiyi, əsgərlərin taleyinə biganə yanaşdığı və son dövrlər çoxlu sayda hərbçimizin şəhid düşməsində günahkardır və bu səbəbdən də istefa verməlidir.
"Səfər Əbiyevin istefasını istəyən neçə nəfər var?" adlı kampaniyanın gənclər tərəfindən təşkil olunduğu deyilir. Onlar bildirirlər ki, başqa şəkildə ordudakı neqativ halların qarşısını almaq çox çətindir. Ona görə də, bu prosesi əvvəlcə sosial şəbəkələrdən başlayıb, sonra da real olaraq imzatoplama kampaniyasına çevirəcəklər. Məlumatda o da vurğulanır ki, imza toplanılması üçün yaxın günlərdən etibarən hərəkətə keçiləcək və bununla bağlı hal hazırda hazırlıq işləri görülür. İmzalar toplanıldıqdan sonra isə Səfər Əbiyevin istefası tələbi ilə müraciət hazırlanaraq, toplanılmış imzalar da əlavə edilərək dövlət başçısına göndəriləcək.
Cavid