"Azərbaycan 3 ildir qələbə qazanıb. Lakin hələ də bu tarixi özündə əks etdirən bədii əsər və filmlər görə bilmirik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Azay Quliyev deyib.

O bildirib ki, dövlət büdcəsindən kino sahəsi üçünü ayrılan vəsaitlərə bu istiqamətdən də baxılmalıdır: “Bəzən insan unutqan olur. Tarixi qələbədə əməyi olan qəhrəmanları yaşatmalıyıq. Mədəniyyət Nazirliyi də bilavasitə bu işə dəstək verməli və nəticə görməliyik”.

Anar Kəlbiyev