Sabah hava necə olacaq?

Martın 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, səhər və axşam ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gecəyə doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli olma ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 11-16 dərəcə isti olacaq.

Martın 28-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Axşam Böyük Qafqazın bəzi yerlərində az yağıntının olma ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9, bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən martın 28-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.