Türkiyədə Əhməd Davudoğlunun sədri olduğu Gələcək Partiyasını quran şuranın 11 üzvü istefa verib. 

"Unikal" xəbər verir ki, onlar istefa səbəblərini partiyanın siyasət kursunu dəyişməsi ilə əlaqələndirib. 

Qeyd olunub ki, partiya 14 may seçkilərində gözləntiləri doğrultmayıb. 

Gələcək Partiyasının Sosial Siyasətlər üzrə sədr müavini Həsən Taşkın, sədrin müşaviri Şükrü Kırboğa, təşkilat sədrinin müavini Alper Kürşat Kıray, sədrin baş müşaviri Bayram Zilan, Fidan Strate, Mustafa Öztürk, Sadullah Kavak, Abdullah Teber, Veysi Akay, Sait Şaşmaz və Cesim Gökçe mətbuat mənsubları ilə görüşərək istefa verdiklərini açıqlayıblar.

Ağarza Elçinoğlu