Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Kirilo Budanov Rusiya hərbçilərini  təslim olmağa çağırıb. 

"Unikal" xəbər verir ki, o, bu  barədə "Telegram"da məlumat yayıb. 

"Bu, daha da pis olacaq. Seçiminiz var - ölmək və ya həyatını xilas etmək", - Budanov vurğulayıb.

Həmçinin, Budanov vurğulayıb ki, Ukrayna ruslara Kreml rəhbərlərinin sərsəm ambisiyalarının mənasız qurbanı olmamaq və evlərinə sağ-salamat qayıtmaq şansı verir.

Gülayə Mecid