Əli Əkbər Əhmədian İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.

"Unikal" İran KİV-ə istinadla xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi qərar imzalayıb. 

Yeni katib əvvəllər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Birləşmiş Qərargahının komandiri və SEPAH Hərbi Dəniz Qüvvələrinin komandirinin müavini kimi vəzifələrdə çalışıb.

***10:21

İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani vəzifəsindən istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

O, öz "Twitter" səhifəsində Əbülqasım Kaşaninin "getdi" şeirindən bir hissəni paylaşaraq mesaj verib. 

Qeyd edək ki, Şamxani 10 ilə yaxındır ki, İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edib. 

Ağarza Elçinoğlu