Mayın 21-də Moldovanın paytaxtı Kişineunun mərkəzində keçirilən Böyük Avropa Yığıncağına 75-80 min nəfər qatılıb.

"Unikal"  xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyinin mətbuat katibi Diana Fetko məlumat verib.

O həmçinin qeyd edib ki, tədbirdə asayişi təmin edən hüquq-mühafizə orqanları insident qeydə almayıblar.

Prezident Maya Sandu tərəfindən elan edilən mitinqdə dövlət başçısının özü və sırf bu tədbir üçün ölkəyə səfər edən Avropa Parlamentinin sədri Roberta Metsola çıxış ediblər.

Qeyd edək ki, mitinq iştirakçıları ölkənin Avropaya inteqrasiyasını dəstəkləyən qətnamə qəbul ediblər. Sənəddə qeyd olunur ki, Moldova Avropa İttifaqının tamhüquqlu hissəsi olmağa çalışır, bu, sabitliyə zəmanət verə və ona öz potensialını reallaşdırmağa imkan verə bilər.