Ermənistan müdafiə nazirliyinin mayoru rüşvət alarkən saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi açıqlayıb. 

Məlumata görə, S. M. vətəndaşın hərbi təlimlərəə çağırılmaması qarşılığında 150.000 (təxminən 6 min 640 manat) dram rüşvət alıb. 

Rüşvəti aldıqdan dərhal sonra mayor və sonuncunun köməkçisi R. G.Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməliyyat-istintaq şöbəsi tərəfindən həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu