İranın Zahidan şəhərinin sünni icmasının imamı ölkədə edamların həyata keçirilməsini tənqid edib. 

"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, bu barədə Mövluvi Əbdülhəmid molla rejiminə səslənib. 

"Sistan və Bəlucistan xalqı ac və işsizdir. Hökumət onları öldürməkdən əl çəkməlidir. Hansı hissədə bir iş yaratmısınız ki, indi insanları edam edirsiniz? Hansı hökumət öz xalqını öldürür? Öz millətini öldürən adama necə inanmaq olar? Sizin tək sənətiniz edamdır", - deyə cümə məscidinin imamı qeyd edib. 

Ağarza Elçinoğlu