Azərbaycan Rusiyadan helikopterlər alacaq


Azərbaycan Rusiyadan xilasetmə əməliyyatlarında istifadə olunan yeni helikopterlər almaq niyyətindədir.

Unikal.org-un məlumatına görə, hazırda bununla bağlı tərəflər arasında müzakirələr aparılır.

Azərbaycan tərəfi əsasən yanğınsöndürmə və xilasetmə əməliyyatları üçün xüsusi hazırlanmış Mi-8, Mi-17, Ka-32, Ansat və Mi-226 tipli helikopterlərə maraq göstərir. Ötən il Azərbaycan nümayəndə heyətləri Kazan Helikopter Zavodunda və digər aviasiya müəssisələrində tanışlıq səfərlərində olublar.

Qeyd edək ki, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatlarında əsasən Rusiya istehsalı olan Mi-8, Mi-17 və Ka-32 helikopterlərindən istifadə olunur.