N!DA-çı gəncə 3 aylıq həbs verdilər

Dünən mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Respublika Prokurorluğunun ağır cinayətlər üzrə istintaq idarəsində uzun müddət dindirilən "Nida" təşkilatının üzvü Rəşad Həsənov barədə həbs qətiimkan tədbiri seçilib. Bu barədə onun vəkili Əsabəli Mustafayev xəbər verib.

Sosial şəbəkədə yayılan məlumata görə, gənc fəal barədə həbs qərarı çox gec verilib və media qurumları bundan xəbər tutmayıblar.

R.Həsənovun ötən həftə saxlanılan "Nida"çı gənclərlə əlaqələndirmək "dövlət çevrilişi" şousunda iştirakçı etmək istəyirlər. Onu istintaq edən müstəntiq Ə.Mustafayevə R.Həsənovun şübhəli şəxs qismində saxlanıldığını bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Nida” təşkilatının 3 üzvü həbs edilib. Hüquq-mühafizə orqanları məlumat yayıblar ki, gənclərin evindən «Molotov kokteyli», həşiş qətranı, qurudulmuş marixuana, 94 min manat məbləğində pul tapılıb.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Saxlanılanlardan Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulublar.