Daha bir "Nida" üzvü istintaqa cəlb edildi

"Nida" gənclər təşkilatının daha bir üzvü - Rəşad Həsənov Respublika Prokurorluğunun ağır cinayətlər üzrə istintaq idarəsində dindirilir. Bu barədə onun təşkilat yoldaşları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, günün birinci yarısında R.Həsənovun mülki geyimli naməlum şəxslər tərəfindən saxlanması barədə xəbər yayılmı, tezliklə də təkzib olunmuşdu.

Ancaq "Nida" üzvünün prokurorluqda dindirilməsi göstərir ki, hakimiyyət orqanlarının bir neçə gün öncə start verdikləri "çevriliş şousu" ilə bağlı həbslər dalğası davam edəcək.