Çempionlar Liqasında "Ronaldo şousu"
Çempionlar Liqasında "Ronaldo şousu"

"Real" "APOEL"i Kriştiano ilə yıxdı, "Çelsi" "Barselona"ya rəqib oldu

Srağagün gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin con cavab oyunları keçirilib. Baş tutan 2 görüşdən sonra növbəti iki yarımfinalçı da müəyyənləşib.
Madridin "Real" klubu doğma azarkeşləri önündə APOEL (Kipr) komandasını qəbul edib. Səfərdə rəqibinə 3:0 hesabı ilə qalib gələn "Real" cavab matçına rahat çıxıb. APOEL-in növbəti mərhələyə adlamaq üçün ən azı 3 top fərqi ilə qələbə qazanmalı idi. Ancaq bu görüşdə də qələbə qazanan "Real" yarımfinala yüksəlib - 5:2.
Günün digər qarşılaşması isə Londonda baş tutub. Burada yerli "Çelsi" klubu Portuqaliya "Benfika"sı ilə qarşılaşıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən "zadəganlar" eyni uğuru doğma meydanda da təkrarlamaq niyyətində idi. Lakin "Çelsi"ni istənilən heç-heçə də qane edirdi. Lakin rəqibinə 2:1 hesabı ilə qalib gələn "Çelsi" "Real"ın ardından adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinalda "Çelsi" "Barselona"ya, "Real" isə "Bavariya"ya rəqib olub.
Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları:
"Real" (Madrid, İspaniya) - APOEL (Kipr) (ilk oyun - 3:0) - 5:2
Qollar: Ronaldo, 26 (1:0), 75 (3:1), Kaka, 37 (2:0), Manduka, 67 (2:1), Kallehon, 80 (4:1), Solari, 82-pen (4:2), Di Mariya, 84 (5:2)
"Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) (ilk oyun - 1:0) - 2:1
Qollar: Lempard, 21-pen (1:0), Qarsiya, 85 (1:1), Meyreleş, 90+2 (2:1)
Qırmızı vərəqə: Maksimiliano Pereyra, 40
Xatırladaq ki, aprelin 3-dəki qarşılaşmalar belə sonuclanmışdı:
"Bavariya" (Almaniya) - "Marsel" (Fransa) (ilk oyun - 2:0) - 2:0
Qollar: Oliç, 13 (1:0), 37 (2:0)
"Barselona" (İspaniya) - "Milan" (İtaliya) (ilk oyun - 0:0) - 3:1
Qollar: Messi, 11-pen (1:0), 41-pen (2:1), Noserino, 32 (1:1), İniyesta, 53 (3:1)