“El” elan olundu


Bu gün “El” Hərəkatı elan olunub.

“EL”in ofisində keçirilən təqdimat mərasimində partiya sədrləri, jurnalistlər, QHT rəhbərləri iştirak edib. Təqdimatda çıxış edən Eldəniz Quliyev Hərəkatın yarandığını rəsmən elan edib.

Hərəkatın Təşkilat Komitəsinin sədri Eldar Namazov bildirib ki, Azərbaycanın 35-dən çox şəhər və rayonunda “El” Hərəkatının təşəbbüs qrupu yaradılıb.

Eldar Namazov təşkilatı yaratmağın məqsədlərini də açıqlayıb: “Ümid edirik ki, Azərbaycanı demokratik düşərgə ilə birgə bu durumdan çıxara bilərik"

Sonda El hərəkatı təşəbbüs qrupu bəyanat yayıb