18 Sentyabr 2019
Əli Həsənov aksiyalardan danışdı
Əli Həsənov aksiyalardan danışdı SİYASƏT 14:24 2013-03-12


Əli Həsənov aksiyalardan danışdı

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son vaxtlar Bakıda razılaşdırılmamış aksiyaların keçirilməsinə münasibət bildirib.

Ə. Həsənov razılaşdırılmamış aksiyaların qarşısının bundan sonra da alınacağını deyib: “Düşünmürəm ki, bu, münasibət bildirmək üçün ciddi məsələdir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı qanunvericilik var. Qanunvericilik çərçivəsində həyata keçirilən bütün tədbirlərə razılıq verilir. Yerlər müəyyən olunub, qeyri-qanuni, razılaşdırılmamış aksiyaların qarşısı isə alınır, bundan sonra da alınacaq”.