İvanişvili: “…Saakaşvilini yola salacam”
10:45 06-03-2013
DÜNYA
“Əvvəlcə Saakaşvilini yola salacam, sonra isə özüm siyasətdən gedəcəm”. Unikal.org-un “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri “İmedi” telekanalına müsahibəsində bildirib.
Jurnalistin Bidzina İvanişvilinin gələcək siyasi karyerası barədə verdiyi sualına cavab olaraq baş nazir bildirib: “Mən bəyan etmişdim və bir daha bəyan edirəm ki, nə qədər ki qüvvəm olacaq, o vaxtadək ölkənin xidmətində duracam. O vaxtadək ölkəyə xidmət edəcəm və hansı sahədə daha çox lazım olaramsa, orada da daim olacam”, deyə Bidzina İvanişvili qeyd edib.
Baş nazirin sözlərinə görə, siyasətdə çox qalmağa niyyəti olmasa da, o ölkəni tərk etməyəcək.
“Mən ölkəni tərk etməyəcəyəm və nə qədər ki lazım olarsa o vaxtadək burada qalacam. Nə vaxtadək ki Saakaşvili olacaq, o vaxtadək harasa getmək niyyətim yoxdur. Mən elə belə də ona dedim - əvvəlcə oktyabrda özün gedəcəksən, sonra isə sənin dalınca mən gedəcəm”, deyə İvanişvili bildirib.
Digər Xəbərlər
2024-04-18 23:40:00
2024-04-18 23:12:35
2024-04-18 23:09:05
2024-04-18 22:48:12
2024-04-18 21:52:06
2024-04-18 21:40:45
2024-04-18 21:03:46
2024-04-18 20:26:07
2024-04-18 20:17:18
2024-04-18 19:32:35
2024-04-18 18:11:22
2024-04-18 17:58:08
2024-04-18 17:46:00
2024-04-18 17:17:09
2024-04-18 16:58:08
2024-04-18 16:57:00
2024-04-18 16:31:37
2024-04-18 16:13:41
2024-04-18 15:57:07