19 Sentyabr 2019
Saatlı mədəniyyətininin başında turp əkirlər
Saatlı mədəniyyətininin başında turp əkirlər İQTİSADİYYAT 02:17 2012-04-06

Saatlı mədəniyyətininin başında turp əkirlər
Saatlı mədəniyyətininin başında turp əkirlər

Rayon Mədəniyyət və Turizm İdarəsində mütəmadi olaraq "ixtisar", "seçki" və pulyığma" oyunları təşkil olunur

Saatlı Rayon Mədəniyyət və Turizm Şöbəsində baş verən haqsızlıqlar işçiləri təngə gətirib. Müxtəlif yollarla həyata keçirilən pulyığma əməliyyatları artıq ciddi narazılıqlar yaradıb. Bunu qəzetimizə rayon sakini Elxan Məmmədov deyib.

O bildirir ki, ölkədə korrupsiyaya və rüşvərxorluğa qarşı aparılan mübarizə sanki Saatlı rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyinə hələ də çatmayıb. "Bir də görürsən ki, işçilərə deyilir ki, bəs yuxarıdan "ixtisar" gəlib. Novruz bayramı ərəfəsində yuxarıdan gəlmiş belə "ixtisar" isə içilərin ovqatını lap xarab eləyib. Çünki "ixtisara" düşənlər aldıqları əməkhaqqının üstünə 50 manat da qoyub (cəmi 200 mant) verib yeni ştat almalı olublar".
Kərimov deyir ki, "ixtisara" görə yığılan pulların yuxarıda kimlərə verilməsini isə rayon mədəniyyət və turizm şöbəsinin müdiri (əvvəllər rayon rabitə şöbəsinin rəisi vəzifəsində işləyib) Şərqiyyə Şahpələngova, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sakit Bağırov və rayon mədəniyyət və turizm şöbəsinin baş mühasibi Rahim Hüseynovdan başqa bilən yoxdur.
"Buna qədər isə mədəniyyət və turizm şöbəsinin işçilərindən əməkhaqqının artırılması ilə əlaqədar da pulyığma əməliyyatı keçirilib".
Rayon sakini bildirir ki, Saatlı rayon Mədəniyyət və Turizm şöbəsi və Mərkəzləşdirilmiş Kitabxana Sistemində pulyığma əməliyyatının biri də işçilərin tez-tez attestasiyadan keçirilməsidir.
"Hər dəfə attestasiya keçirilməsi məsələsi ortalığa atılanda işçilərin hər biri 150 manatdan yığıb Sakit Bağırova vermək üçün növbəyə dayanırlar. Bu artıq vərdiş halını alıb. Pul verməyənlər isə "tutduqları vəzifəyə müvafiq hesab olunmurlar".
Məlumatda qeyd olunur ki, rayon mədəniyyət və turizm şöbəsi və Mərkəzləşdirilmiş Kitabxana Sistemi rəhbərləri tərəfindən əmək intizamının yoxlanınması da səsli-küylü olur.
"Hər ayın sonunda "əmək intizamını" yoxlayanlar aylarla qapısı açılmayan kitabxana işçilərindən və adı olub özü olmayan kənd mədəniyyət evlərinin işçilərindən aldıqları toyuq-cücə,qaz, ördək və hinduşkaların səs-küyünü eşidənlər dərhal bilirlər ki, mədəniyyət və turizm şöbəsinin rəhbərliyi kəndlərdə əmək intizamını yoxlamağa çıxıblar. Hələ işçilərin hansı meyarlar əsasında kitabxanaya və kənd mədəniyyət evlərinə işə qəbul olunmasına toxunmuram. Çünki bu, ayrı bir mövzudur. Bir faktı qeyd edim ki, rayon mədəniyyət sarayının ali təhsilli, ixtisaslı işçisi Bəylər Əliyevi heç bir əsas olmadan vəzifəsindən azad edib onun yerinə bir iqtisadçını qoyublar. Səbəbini isə hamı bilir".
O vurğulayır ki, rayon Mədəniyyət və Turizm Şöbəsində bir əldə iki və daha çox qarpız tutmaq da ənənə halını alıb. Bunun əsas məqsədi kimi isə bütün vəsaitin bir əldə cəmlənməsi və eyni adamlar tərəfindən xərclənməsini göstərir.
"Məsələn, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sakit Bağırov, həm də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Saatlı Rayon Komitəsinin sədridir. Necə deyərlər, Sakit müəllimin hər cibində bir möhür var. O istədiyi işçini işdən çıxarmaq üçün daha heç bir əziyyət-filan çəkmir. Qərarı özü yazıb, özü də təsdiqləyir. Dünyanın heç bir ölkəsində belə bir təcrübə yoxdur. Görünür, Saatlı rayonu qabaqcıl iş üslubuna görə Avropaya nümunədir".
Elxan Məmmədov onu da deyir ki, Sakit müəllimə üçüncü möhürü də gəzdirmək nəsib olub.
Onun sözlərinə görə, bu yaxınlarda məzunuyyətə gedən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Şahpələngova işə qayıdana qədər möhürü yalnız Sakit Bağırova etibar edib.
Saatlı sakini qeyd edir ki, sözügedən dövlət qurumu ilə bağlı daha bir qalmaqallı məsələ isə bu yaxınlarda baş verib və o da "seçki" ilə bağlıdır. Belə ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Saatlı Rayon Komitəsinin hesabat-seçki yığıncağında Sakit Bağırov yenidən sədr "seçilib".
"Artıq Sakit Bağırov 13 ildir ki, bir əlində iki qarpız tutur. Rayon mədəniyət və turizm şöbəsinin baş mühasibi Rahim Hüseynov da bir əlində iki qarpız tutmağı bacaran oğlanlardandır. Çünki o da bu "seçkilərdə" "yekdilliklə" Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Saatlı rayon komitəsinin xəzinədarı "seçilib". Daha bundan sonra hər ay yığılan üzvlük haqqlarının necə xərclənməsində heç bir problem olmayacaq".
Elxan Məmmədov bildirir ki, əgər Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Saatlı rayonunda bir neçə il əvvəl yığılan üzvlük haqqını yoxlasa, o zaman məlum olar ki, bankdan alınan pul üçün yazılmış qəbzdə Sakit Bağırovdan başqa kimsənin imzası yoxdur.
"Yəni, S.Bağırov həm öz əvəzinə, həm də xəzinədarın əvəzinə qəbzi özü imzalayıb. Pulların isə hara xərcləndiyini bilən yoxdur".

Namiq