Yay vaxtına nə vaxt keçəcəyik?


Bu ayın 31-də ölkəmizdə yay vaxtına keçiriləcək. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Lent.az-a bildirib ki, matın sonuncu bazar günü saat 04:00-da Azərbaycanda saatların əqrəbi bir saat irəli çəkilməklə yay vaxtı tətbiq olunacaq: “Bununla da ölkə ərazisində qış vaxtı ləğv olunacaq”.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti 1997-ci ildə yay vaxtına keçidlə bağlı müvafiq qərar qəbul edib. O zamandan da hər il ənənəvi qaydada mart ayının sonuncu bazar günü saat əqrəbləri 1 saat irəli çəkilməklə yay vaxtı tətbiq olunur.