ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Afrika ölkələrinə bərabərhüquqlu tərəfdaşlar kimi baxdığını deyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Blinken 7-8 avqust tarixlərində Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pretoriya Universitetində çıxış edib.

ABŞ prezidenti Co Bayden rəhbərliyinin Afrika siyasəti ilə bağlı açıqlamalar verən Blinken, ölkəsinin Afrikaya verdiyi əhəmiyyətə diqqət çəkib.

“ABŞ bütün 54 Afrika ölkəsini bərabərhüquqlu tərəfdaşlar kimi görür”, - deyə Blinken bildirib.

ABŞ-ın Saharaaltı Afrika ölkələrini böyük strateji güc hesab etdiyini bildirən Blinken, ölkəsinin Afrika dövlətləri ilə iqtisadiyyat, iqlim, enerji, demokratiya və beynəlxalq münasibətlər sahələrində bərabərhüquqlu tərəfdaş kimi işləmək istədiyini bildirib.

Aynurə Xudaverdiyeva