Ermənistanda Silahlı Qüvvələrin döyüş hazırlığının qəfil yoxlanılmasına başlanılıb. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, qoşunların döyüş hazırlığının, situasiyaya uyğun çevik hərəkət etmək, vəzifəli, verilən və yardımçı qüvvə və vasitələrin qarşılıqlı əlaqəsi məsələlərini aydınlaşdırmaq, əməliyyat-taktiki epizodları həyata keçirməyi yoxlamaq məqsədilə hərbi hissələrdə yoxlamalara start verilib.

Qeyd olunub ki, yoxlamalara Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan şəxsən başçılıq edir. 

Ağarza Elçinoğlu