ABŞ prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı onun seçilməsindən sonra ən aşağı səviyyəyə düşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Gallup" sosioloji xidməti məlumat yayıb.

"Gallup"-a görə,  Baydenin işini təsdiqləmə reytinqi ilk dəfə 40%-dən 38%-ə düşüb.

Xidmət qeyd edir ki, 2021-ci ilin sentyabrından 2022-ci ilin iyununa qədər prezidentin reytinqi 40% ilə 43% arasında dəyişib.

Bildirilir ki, onun reytinqi ABŞ-da koronavirusun yayılması, qoşunların Əfqanıstandan çıxarılması, son 40 ilin ən yüksək inflyasiyası və rekord yüksək yanacaq qiymətləri ilə düşməyə başlayıb.

Ramil Zeynallı