İspaniya Səhiyyə Nazirliyi ölkədə meymun xəstəliyindən ilk ölüm faktını təsdiqləyib.

"Unikal" TASS EFE agentliyinə istinadən xəbər verir ki, bu günə qədər İspaniyada təxminən 4,3 min hadisə müəyyən edilib.

EFE-nin məsləhətləşdiyi ekspertlər iddia edirlər ki, nəzarət və əvvəllər alınmış peyvəndlərin dozaları xəstəliyin yayılmasının qarşısını ala bilməz.

Bundan əvvəl Braziliyanın Səhiyyə Nazirliyi ölkədə meymun xəstəliyindən ilk ölüm faktını təsdiqləyib. Agentliyin son məlumatlarına görə, Braziliyada üç uşaq və iki yeniyetmə olmaqla, bu xəstəliyə 978 yoluxma halı müəyyən edilib. Əksər hallar San Paulo ştatında təsdiqlənib.

Qeyd edək ki, iyulun 23- də Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyinin yayılmasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus, digər kişilərlə cinsi əlaqədə olan kişiləri meymun çiçəyi xəstəliyinin yayılma riskini azaltmaq üçün partnyorlarının sayını məhdudlaşdırmağa çağırıb.