ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət İdarəsinin (SDN OFAC) Xüsusi Təyin olunmuş Vətəndaşlar və Bloklanmış Şəxslərin yenilənmiş siyahısını dərc edib. 

"Unikal" xəbər verir ki, bu siyahıya iki Rusiya Federasiyası vətəndaşı və Rusiya Federasiyasından dörd təşkilat daxildir.

Bu barədə idarənin saytında məlumat verilib. Sanksiya siyahısına Natalya Burlinova və onunla əlaqəli “Kreativ Diplomatiya” İctimai Təşəbbüslərə Dəstək və İnkişaf Mərkəzi, həmçinin Aleksandr İonov və Rusiyanın Qloballaşmaya Qarşı Hərəkatı, “İonov Transkontinental” MMC və “Stop-Imperialism” xəbər agentliyi daxildir. 

Bundan əvvəl Avropa İttifaqı Şurası Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların müddətini altı ay - 2023-cü il yanvarın 31-dək uzadıb.

Qeyd olunur ki, söhbət Rusiya iqtisadiyyatının müəyyən sektorları üzrə artıq mövcud məhdudiyyətlərdən gedir.

Bundan əvvəl Böyük Britaniyanın Rusiya Federasiyası Ədliyyə Nazirliyinin rəhbərinə və Rusiyanın beş qubernatoruna qarşı sanksiyalar tətbiq etdiyi bildirmişdi.