Türkiyənin Marmaris şəhərində yaşayış məntəqələri və hotellərə yaxın meşəlik ərazidə başlayan yanğın nəzarət altına alınıb.

"Unikal" xəbər verir ki, bu barədə yerli qurumlardan məlumat verilib.

18:07

Türkiyənin Muğla əyalətinin Marmaris şəhəri ərazisində meşə yanğını baş verib.

"Unikal" “Sabah” qəzetinə istinadən xəbər verir ki, İçmeler bölgəsinin meşəlik sahəsində başlayan yanğın yaxınlıqda yerləşən hotelin ərazisinə keçib.

Otelin içində insanların olduğu bildirilir.

Yanğını söndürmək üçün Muğla Meşə Region Müdirliyinin qrupları, 5 təyyarə və 7 helikopterlə müdaxilə edilir.