Gürcüstanın Qudauri kurort zonasında helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

"Unikal" bu barədə Gürcüstanın Daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.Nazir qəza nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.

Qeyd edib ki, həlak olanlardan altısı Gürcüstan DİN-in əməkdaşı, iksisi isə tibb işçisi olub.

Vaxtanq Qomelauri qəzanın səbəblərinin hələ ki dəqiq bilinmədiyini, lakin araşdırmaların aparıldığını deyib.

19:26

Gürcüstanın Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopterin idarəetməni itirərək qəzaya uğraması nəticəsində həlak olanlar var.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib. 

İlkin məlumatlara əsasən, helikopterdə 5 nəfər - iki pilot və üç xilasedici olub.

"Gəmidə ekipaj üzvləri ilə yanaşı Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və tibb işçiləri də olub", - məlumatda deyilir. 

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

xxx

17:35

Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində Gürcüstan DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.