Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Bilinkenlə telefon danışığı aparacaqlarını açıqlayıb. Lavrov həmkarının istəyinə yaxın günlərdə tarix təklif edəcək.

"Unikal" xəbər verir ki, Lavrov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.

ABŞ dövlət katibi Antoni Blinkenlə ediləcək telefon danışığına toxunan Lavrov, ABŞ-ın bu məsələ ilə bağlı rəsmi müraciət alması ilə bağlı məlumatı paylaşaraq, "Görüş vaxtını təyin edirik. Görüş mənim iş otağımda olduğum zaman baş tutmalıdır. Bu gün bu mümkün görünmür. Tarix təklif edəcəyik" deyib. 

Blinkenin müzakirə etmək istədiyi mövzuları tələb etdiklərini, lakin bu mövzuda cavab almadıqlarını ifadə edən Lavrov, ABŞ prezidenti Co Bayden ilə Rusiya prezidenti arasında 2021-ci ildə Cenevrədə keçirilən görüşdə məhbus mübadiləsi məsələsinin müzakirə edildiyinə diqqət çəkib.

"Vladimir Putin , mən sizin bu haqda nə deyəcəyinizi dinləyəcəm”.

Fransa prezidenti Emmanuel Makronun “Rusiyanın Afrikada diplomatik və hərbi əməkdaşlığı genişləndirməsi narahatlıq doğurur” açıqlamasını dəyərləndirən Lavrov, “Fransızlardan daha etik açıqlamalar gözləmək olardı” deyib.

Gülayə Mecid