Əfqanıstanda stadionda partlayış olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, partlayış Kabilin 8-ci rayonunda yerləşən kriket stadionunda baş verib. Partlayış baş verən anda stadionda oyun keçirilirmiş.

Kabilin polis departamenti də partlayışın baş verdiyini təsdiqləyib.

İtkilər barədə hələ ki məlumat yoxdur.