Rusiya Çin rəhbəri Si Cinpinin ABŞ prezidenti Co Baydenin Tayvan məsələsində odla oynaması ilə bağlı fikri ilə həmrəydir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz həmrəyik. Biz suverenliyə hörmət edirik və hesab edirik ki, bu cür davranış yalnız əlavə gərginliyə səbəb ola bilər. Belə addımlar ancaq dağıdıcı ola bilər”, - Peskov bildirib.